AnasayfaAnasayfa  TakvimTakvim  MVSMVS  AxtarAxtar  İstifadəçi siyahısıİstifadəçi siyahısı  İstifadəçi qruplarıİstifadəçi qrupları  Qeydiyyatdan keçinQeydiyyatdan keçin  GirişGiriş  

Paylaş | 
 

 Hər gedən arxasında bir gozlyən qoyar...

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
Admin
Admin
Admin


İsmarıc sayı : 16
Doğum günü : 27/05/10
Yaş : 21
Şəhər/ölkə : Sumqayit

Yeni mövzuMövzu: Hər gedən arxasında bir gozlyən qoyar...   C.a. İyun 03, 2010 3:51 pm

Bəzən istər “gözlə məni deyər“, bəzən də“ gözləmə, həyatına davam et“ deyər... Gözləmə demənin ardından bir gözlənmə istəyi vardır daima. Nədənsə hər kəs biri tərəfindən gözlənmək üçün darıxar. Darıxılmaq üçün darıxar, ya da bir kimsənin həyatında hər zaman var olmağı bilməkdir gözəl olan... Və hər qalan üzərində ki, ağrı ilə “gözləyirəm“ deyər. Qayıdmayacağını bilə-bilə. Gəlməyəcəyini bilə-bilə. Sevməyəcəyini bilə-bilə.





Və gözlər... Taa ki, bir gün artıq ümidləri kəsilib, yolların tamamı ilə ayrı olduğunu fərq edilənə qədər... Və başlar keşkelər, peşmanlıqlar. Yanımızda ikən fərq etmədiyimiz bir çox təfərrüat ilişər yaddaşlara. O isə “nə gözəl imiş yaşananlar“ deyərsiniz. “Məgər nə çox sevmişdim“, deyərsiniz . və bəlkə də heç sevmədiyinizi fərq edərsiniz. Ən ağrı vericisi budur... Sevilmədən sevdiyinizi fərq etdiyinizdə, beyninizi yeyər minlərcə suallar. “Eşq Sorğuya Çəkilmədən Yaşanmalıdır...” Amma unudarsınız bu qanunu, “niyələr və nə üçünlər” gəmirər beyninizi... Ağlamaq sizin üçün qaçınılmaz bir seçimdir. Ağlarsınız hər şeyə və hər baş vermişə.Baxtığınız hər yer ”onda” sonlanar… Gördüyünüz hər şeydə ”onu” axtararsınız. Güzgüdəki görüntünüzdə bir yansıma, küçədəki tin başında bir qucaqlaşmadır... Yağan yağışdır, dənizdəki parıltıdır ”o”, gecələrin ayı, gündüzlərin günəşidir ”o”. Başlayarsınız cavabı bəlli olan suallara özünüzdə cavab axtarmağa. Və sizə belə gələr ki, sorğulama vaxtə gəlmişdir. Lakin yaddan çıxararsınız bir şeyi,



Və son cümlələr tökülər dilinizdən... Fərqli deyəcəyiniz bir şey qalmamışdır çünki. Ürəyinizi sizdən aldığı kimi, gedərkəndə cümlələrinizidə aparmışdır yanında. Səssizlik qalar geriyə, bitmiş bir sevgidən. Və Ayrılıq qalar boynunuzda, ” yağlı bir ilmək kimi...” Bitəcək deyə düşünərsiniz acınız amma bitməz. Sadəcə br yerlərdə gizlənər qəlbinizdə... Bir mahnıda, bir şerin kədərli misralarında və bəlkə də bir sözdə qanamaya hazır bir yaradır o artıq... Elə bil, biri bu dəqiqə çəkəcək... Dayandığını düşündüyünüz dünya bu dəqiqə batacaq... Amma nə dünya batar, nədə o ilmək çəkilər. Həyat davam edər və bu çarxınn içində sizi də bilmədiyiniz başqa diyarlara sürükləyər.



”Səssizliyin İçində Bir Qışqırıq, Qaranlığın İçində Bir İşıq, Ürəkdə Qapanmaz Yaradır o Artıq”
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax http://azeri.team-forum.net
BlacK_BoY
Admin
Admin


İsmarıc sayı : 6
Doğum günü : 31/05/10
Yaş : 20
Şəhər/ölkə : Azerbaycan,Sumqayit

Yeni mövzuMövzu: Geri: Hər gedən arxasında bir gozlyən qoyar...   C.a. İyun 03, 2010 4:05 pm

YEri var
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax
 
Hər gedən arxasında bir gozlyən qoyar...
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
 :: Ordan-Burdan :: Sevgi Hekayeleri-
Keç: